Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub.
"Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərsə gecikmirlər", - deyə məlumatda bildirilir.
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdiham yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd olunub ki, tələbələr universitetə daxil olmaqda çətinlik çəkiblər. Yaranan sıxlıq səbəbindən bəzi tələbələr dərsə gecikib və nəticədə qayıb almalı olublar.
Sıxlığın hansı səbəbdən yaranması hələ ki, məlum deyil.
Məsələ ilə bağlı BDU-ya sorğu verilib.