"ABŞ Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları yüngülləşdirməlidir".
Oxu.Az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myon "The New York Times" qəzetinə verdiyi müsahibədə rəsmi Vaşinqtona belə bir qeyri-adi çağırış edib.
Onun fikrincə, Birləşmiş Ştatlar Şimali Koreyanın yeni ballistik raket və nüvə silahları istehsalını dayandırmaqla bağlı götürdüyü öhdəliyə məhz bu şəkildə reaksiya göstərməlidir:
"Məncə, onsuz da ciddi səmərə verməyən sanksiyalarla nüvə silahı sahəsində yeni texnologiyaların inkişafının dayandırılması arasında əldə olunacaq kompromis daha böyük dəyərə malik ola bilər".