Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
Qərarla siyahıya 107-ci hissə əlavə edilib.
Bununla da “Entivio” nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri siyahısına əlavə olunub.
Həmin dərmanın beynəlxalq patentləşdirilmiş adı “Vedolizumab”dır.
Qərarın icrasına nəzarət Səhiyyə nazirinin müavini Elsevər Ağayevə həvalə edilib.
Qeyd edək ki, müvafiq sənəd ilk dəfə Səhiyyə Nazirliyinin 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiqlənib.
Aqşin Kərimov
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT
- Xüsusi komissiya yaradıldı - Plastik cərrahlara VAXT VERİLDİ
- Saxta estetik cərrah diplomu verən şəxslərlə bağlı iki dövlət qurumundan BİRGƏ MƏLUMAT
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Təyyarə qəzasında həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNT analizləri götürülüb
Rəylər