23 
Mar
2020
17:34
246
70
8930
Virtual karabakh

Koronovirusla mübarizə məqsədilə Yol Polisi maraqlı aksiya keçirdi - FOTO

23 Mar, 2020
17:34
8930

Koronovirusla mübarizə məqsədilə Yol Polisi maraqlı aksiya keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə maraqlı aksiya təşkil edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə  tibbi spirt, maska və əlcək verilib. Həmçinin, gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri