Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana koronavirus üçün ekspress testlər gətiriləcək? - RƏSMİ
“Ölkədə bu gün kifayət qədər test var, əlavə testlərin də gətirilməsi nəzərdə tutulub”.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən laboratoriyalarda koronavirusla bağlı müayinələr aparılır:
“İlk olaraq Azərbaycana Türkiyədən testlər gətirdik. Ondan sonra ÜST və digər qurumlar tərəfindən ölkəyə testlər gətirilib”.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı digər ölkələrdə tətbiq edilən ekspress testlərlə bağlı məsələyə də aydınlıq gətirib:
“Bunların heç biri ÜST tərəfindən təsdiqlənmədiyi üçün daha dəqiq metodla testlərin aparılmasına üstünlük verilir”.
İlhamə Əbülfət
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər