Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
XİN: “Nazirliyin “qaynar xətt”i gecə-gündüz fəaliyyət göstərir”
“Bu gün dünyamız yeni növ koronavirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən, Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır”.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, pandemiyanın geniş yayıldığı, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlandığı və hava reyslərinin dayandırıldığı bir vaxtda dövlətimiz xaricdə olan vətəndaşlarımızın təxliyyəsini həyata keçirib, on minədək həmvətənimiz ölkəyə geri qaytarılıb:
“Azərbaycana geri dönən vətəndaşlarımız dövlət hesabına 15-20 gün karantin müddəti keçirlər. Bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. Biz vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dövlətimizi dəstəkləməliyik.
Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər. Mümkün qədər xarici və geri dönüş səfərlərini məhdudlaşdırsınlar. Bu, həmin vətəndaşların və cəmiyyətimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək”.
XİN rəsmisi onu da əlavə edib ki, nazirliyin və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin “qaynar xət”ləri 24 saat fəaliyyət göstərir. Vətəndaşlarımız istənilən “qaynar xətt” vasitəsilə məlumat ala bilərlər.
Xatırladaq ki, XİN-in 596 94 49 nömrəli “qaynar xətt”i 24 saat fəaliyyət göstərir. Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə zəngləri cavablandırırlar.
Saat 21:00-dan səhər saat 09:00-dək isə həmin xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı da fəaliyyət göstərir ([email protected]).
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
Rəylər