Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bərdədə koronavirusa yoluxan var? - AÇIQLAMA + FOTO
Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.
Oxu.Az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.
V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:
“Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.
Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir.
"Bərdə" teqi üzrə xəbərlər
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
- Ər arvadını bıçaqladı: Sonra da özünə xəsarət yetirdi
- "Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
Rəylər