Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkə ərazisində, eləcə də Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində görülən işlər çərçivəsində son illər respublikamızın digər bölgələri ilə yanaşı, Xəzər rayonunda da həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq, Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə salınmış “Qələbə” parkı əsaslı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ümumi ərazisi 4 800 kv. metr olan xatirə parkında görülən işlər çərçivəsində park tamamilə yenidən qurularaq, 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış mövcud abidə kompleksi əsaslı şəkildə təmir olunub, parkın gecə işıqlandırılması sistemi yenidən qurulub, söhbətgahlar və sakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılıb, mövcud bordürlər və səkilərdəki döşəmə daşları sökülərək yenisi ilə əvəzlənib, yeni suvarma sistemləri quraşdırılıb və əraziyə 670 kub metr münbit torpaq gətirilərək, yeni ağac və gül kolları əkilib.
Bundan əlavə, park və abidə kompleksi ilə yanaşı, onun yerləşdiyi ətraf ərazilərdə də abadlıq işləri görülüb.
Rəylər