Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nəsimi rayonuda yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA
Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması və həmin şəxsin mənzilə pəncərədən daxil olması ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb.
"Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş mənzilin bir mövcud girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib".
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edirlər: "Buna göz yumurlar" - ŞİKAYƏT
- 17 nömrəli marşut avtobusunun hərəkət istiqamətindəki dəyişiklik narazılığa SƏBƏB OLDU
- Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
- Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir