“Karantin rejimi avqustun 1-dək uzadılır”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.
O bildirib ki, ölkədəki epidemioloji vəziyyət bir sıra qərarların qəbuluna zərurət yaradıb:
“Bu il iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək. Bununla bağlı növbəti brifinqdə ətraflı məlumat veriləcək”.
Karantin rejimi yenidən uzadıldı - RƏSMİ + VİDEO
Könül Cəfərli
Rəylər