Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Böyük Şor gölündəki son vəziyyət AÇIQLANDI - VİDEO
Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması işləri bu gün də davam etdirilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirlinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusunu cavablandırarkən deyib.
O bildirib ki, bu gün ərzində gölün üzərindən 52 tondan artıq qatı çirkab örtüyü təmizlənib və işlər davam edir:
“Çirkab təbəqənin təmizlənməsi FHN-nin Xəzər Hövzə Xidmətinin peşəkar işçi heyəti və texnikası tərəfindən həyata keçirilir. Toplanan tullantıların utilizasiyasını isə ETSN təşkil edir”.
İ.İbrahimova qeyd edib ki, tullantılar ETSN-nin Təhlükəli Tullantılar Poliqonuna daşınır.
Xatırladaq ki, bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
- Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi
- Böyükşor gölündəki vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər - VİDEO
- Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı - RƏSMİ + VİDEO
- Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Rəylər