Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda yaşayış olan 15 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilir - AÇIQLAMA
Bakının Suraxanı rayonunda qeyri-qanuni tikinti işləri aparılıb.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət rayonun Yeni Günəşli qəsəbəsi, "V" massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binadan gedir.
Bildirilib ki, yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb. Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov Oxu.Az-a açıqlamasında əraziyə baxış keçirildiyini və qeyri-qanuni tikintinin dayandırılması barədə təlimat verildiyini deyib:
"Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib və tərəfimizdən belə bir tikintiyə razılıq da verilməyib. Aidiyyəti üzrə tikintinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib. Eyni zamanda, bu məsələ barədə digər aidiyyəti qurumlara da məlumat verilib. Hazırda binada əlavə mərtəbələrin tikintisi dayandırılıb".
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər