Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qəbir daşlarının qiyməti bahalaşdı
Bölgələrdə qəbir daşlarının qiyməti bahalaşıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bərdə, Ağdam və Tərtər rayonlarından son 4 ayda qəbir daşı sexlərində qiymət artımı yaşanır və özəl qəbir sexlərində qiymətlər 20-25 faizə qədər bahalaşıb.
Qəbir daşı satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, bahalaşmaya səbəb əsasən xarici ölkələrdən gətirilən qranit və mərmərin qiymətinin artmasıdır.
Məzar daşlarının qiyməti ölçüsünə, dizaynına, rənginə, işlənməsinə görə dəyişir. Onların qiymətləri isə ayrı-ayrı sexlərdə bir-birindən cüzi ya da tamam fərqlənir. Müxtəlif daş sexlərində apardığımız araşdırmaya görə, ən ucuz olan sadə əhəngdaşından hazırlanan qəbir daşları üçün qiymət 300-400 manatdır. Həmin daşlar daş qırıntılarının üyüdülüb sementlə qarışdırılması və müəyyən qəliblərə salınması yolu ilə hazırlanır. Rayon kəndlərində belə qəbir daşlarına daha çox ehtiyac var.
Bununla bərabər bahalı daşlara da tələbat az deyil. Bərdənin Təbriz küçəsində yerləşən qəbiristanlıq ərazisində fəaliyyət göstərən sexlərdə qara mərmərdən düzəldilən ən ucuz qəbir daşının qiyməti 1300 manatdan 2000 manata qədər dəyişə bilir. Əvvəllər bu qiymət 1000 və 1500 manat arasında dəyişirdi. Ağ mərmərdən olan qəbir daşı isə 500 manatdan 1000 manata hazırlanır. Rayonlarda fəaliyyət göstərən qəbir daşı sexlərində daha çox Ukraynadan və İrandan qara qranitlərdən istifadə edilir.
Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərən qəbir daşı sexində 1-ci növ 1 metr 60 santimetrlik İran qranitindən hazırlanan məzar daşının qiyməti 1800 manatdır. Daşın ölçüsü artdıqca qiymət də bahalaşır.
Yerli sakinlərin sözlərinə görə, orta təbəqənin nümayəndələri əsasən ağ mərmərdən olan 600 - 800 manat arası olan daşları sifariş edir. İmkanlı şəxslər isə 1500 manatdan başlayaraq 5 min manata qədər olan daşlara üstünlük verir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər