Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
H.Harmancı: “Məhdudiyyətlər götürüldüyü zaman yoluxmalar yenidən artacaq”
Dünyada hər kəs pandemiyadan qurtulmadıqca tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Hazırda Azərbaycanda vəziyyət stabilləşib və yumşalmalara gedilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı məlumat verib.
O bildirib ki, unutmaq lazım deyil ki, nə dünyada, nə də Azərbaycanda pandemiya hələ bitməyib:
“Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik”.
Dünyada 50-dən çox ölkədə müxtəlif vaksinlərdən istifadə olunaraq COVID-19 əleyhinə peyvəndləmənin aparıldığını vurğulyan H.Harmancı vaksinasiyaya dekabrda başlanıldığını və bu günə qədər təxminən bir ay yarım vaxt keçdiyini bildirib:
“Az müddət keçdiyinə görə peyvəndin təsiri ilə bağlı dəqiq məlumat yoxdur. Buna baxmayaraq, yan təsirlərlə bağlı məlumatlar var. Çünki bütün ölkələr peyvənddən sonrakı yan təsirləri çox ciddi bir şəkildə izləyirlər, mütəxəssislər isə nəticələri analiz edirlər. Sevindirici hal odur ki, hazırkı dövrədək aparılan vaksinləmə prosesi zamanı ciddi yan təsirlər aşkarlanmayıb. Bəzi faktlar oldu, onlar araşdırıldı və peyvəndlə bağlılığı aşkarlanmadı. Peyvəndin uzunmüddətli təsirinin öyrənilməsi üçün müəyyən qədər vaxta ehtiyac var. Yan təsir kimi daha çox vaksin vurulan yerdə yüngül ağrı, həssaslıq hiss edilə, bir-iki gün sonra qızdırma müşahidə edilə bilər. Bu, bütün peyvəndlərdə qeydə alınır və ciddi yan təsir hesab olunmur.
Peyvəndlər haqqında indiyədək məlum olan faktlar onların ölüm və ağır xəstələnmə hallarını azaltmasıdır. Bu səbəbdən vaksinlərin ilk olaraq səhiyyə işçiləri və yaşlı vətəndaşlara tətbiqini tövsiyə edirik. Peyvəndlərin yoluxmanı azaltmasına dair tam məlumat yoxdur. Bu məlumatlar qarşıdakı dövrdə əldə olunacaq. Pandemiyanı sadəcə peyvəndlə nəzarətdə saxlamağa dair də kəskin sübut yoxdur. Koronavirus pandemiyasını nəzarət altında saxlamaq üçün mövcud olan bütün silahlarımızı istifadə etməyə ehtiyac var. Peyvəndlə ölüm hallarının qarşısını almaq və səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa çalışırıq. Bir müddətdən sonra peyvəndin pandemiyanın dinamikası üzərində təsirini çox yaxşı anlayacağıq”.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
Rəylər