Azərbaycan Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Universitetin travmatologiya və ortopediya kafedrasının müəllimi, həkim Mehdi Cəfərov bir müddət əvvəl koronavirusa yoluxub.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə COVID-19 xəstəliyindən vəfat edib.
Faktı Azərbaycan Tibb Universitetindən Oxu.Az-a təsdiqləyiblər.
Könül Cəfərli
Rəylər