İyn
2021
15:27
14
325
8905
Virtual karabakh

Veteran futbolçumuzu avtomobil vurdu, hadisə yerində keçindi - FOTO

1 İyn, 2021
15:27
8905

Veteran futbolçumuzu avtomobil vurdu, hadisə yerində keçindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün günorta saatlarında “Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarovu avtomobil vurub. 

Bununla bağlı Oxu.Az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, S.Şıxlarov hadisə yerində keçinib:

“Səmədağa Şıxlarov işlədiyi Həndbol Federasiyasından (İdman şöbəsində menecer işləyirdi – S.M.) qayıdanda yolu keçən zaman onu “Chevrolet” markalı avtomobil vurub. Hadisə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saat 14:00 radələrində baş verib. Hadisəni törədən şəxs qəza yerindən qaçmayıb. Qəza olan yer evinin yaxınlığıdır”. 

Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Vaxtilə “Neftçi” və “Dinamo” (Tbilisi) kimi komandaların şərəfini qoruyub. 

2004-cü ildə məşqçi qismində futbola qayıdıb. Ağasəlim Mircavadovun dəvəti ilə “Neftçi-2” də məşqçi işləyib. 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin “Şirvan” komandasında baş məşqçi olub və komanda ilə çempionluq və kubok qazanıb. 2006-cı ildə Azərbaycan Premyer Liqasında çıxış edən Bakının “Olimpik” komandasına hücumçularla məşqçi qismində dəvət ediblər. 2008-ci ildə məşqçi-seleksioner qismində “Neftçi”yə dəvət olunub. İki aydan sonra isə öz xahişi ilə klubu tərk edib və AZAL komandasına keçib. O orda köməkçi-məşqçi işləyib.

O, ötən ilin əvvəlində ürəyindən əməliyyat olunmuşdu.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri