İşdən azad edilən tibb işçisi çalışdığı müəssisəni məhkəməyə verib.
Oxu.Az-ın məlumatına görə, 15 saylı poliklinikada çalışan tibb işçisi E.Əliyeva işdən çıxarıldığı üçün poliklinikanı və Səhiyyə Nazirliyini məhkəməyə verib.
Məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxladıq.
Xəstəxanadan Oxu.Az-a E.Əliyeva adlı əməkdaşlarının olduğunu təsdiq ediblər:
“Belə bir əməkdaşımız olub. O, poliklinikada masajçı kimi çalışıb. Lakin, iki dəfə həkimlərin sertifikasiya imtahanından kəsildiyi üçün işdən azad edilib”.