30 
Sen
2021
09:13
118
6
2431
Virtual karabakh

“Adobe” və “Autodesk” şirkətlərini Azərbaycanda Bakı Dizayn Akademiyası təmsil edəcək!

30 Sen, 2021
09:13
2431

“Adobe” və “Autodesk” şirkətlərini Azərbaycanda Bakı Dizayn Akademiyası təmsil edəcək!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dizayn Akademiyası bir sıra texnologiya liderlərini Azərbaycanda təmsil etməyə başlayıb. 

ABŞ-ın nüfuzlu “Adobe”, “Microsoft” və “Autodesk” şirkətləri yerli brendimiz olan Bakı Dizayn Akademiyası ilə partnyorluq müqaviləsi imzalayıb. 

Dizayn tədrisi ilə məşğul olan Bakı Dizayn Akademiyası bu müqavilə ilə Azərbaycanda dizayn sektorunun inkişafına təkan verməklə yanaşı, həm də yerli dizaynerlər üçün beynəlxalq imkanlar yaradacaq.

Akademiya həm də bu şirkətlərin azərbaycandakı rəsmi imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.

Belə ki, artıq dizaynerlərlə yanaşı, IT mütəxəssislər, proqramçı-mühəndislər, layihə menecerləri kimi yerli mütəxəssislərimizin beynəlxalq imtahanları ölkəmizdə test mərkəzlərində vermək imkanı olacaq.

Qeyd edək ki, Bakı Dizayn Akademiyası gələcəyin aparıcı sahələri olan UX/UI, qrafik dizayn, interyer və animasiya dizaynının ölkəmizdə beynəlxalq səviyyədə tədrisi ilə məşğuldur. Bu günə qədər Akademiya, ölkənin qabaqcıl şirkətlərində dizayn mütəxəssisləri kimi çalışan 100-dən çox məzun verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri