Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda tanınmış yazıçının meyiti tapıldı
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.
Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.
Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi
- Arkadi Qukasyandan məhkəmədə etiraf: "Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb"
- Məşhur ABŞ-li kino ulduzu evində ölü tapıldı
- 8 Martdan öncə kişilərə həsr olunan esse
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi