Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyalı professor: “Koronavirusun antibiotiklə müalicəsi mənasızdır”
Rusiya səhiyyə nazirliyinin baş ştatdankənar infeksionisti, professor Vladimir Çulanov koronavirusun antibiotiklərlə müalicəsini tənqid edib.
Onun sözlərinə görə, çox vaxt “sətəlcəm” sözü həkimləri COVID-19 xəstələrinə müalicənin ambulator mərhələsində antibiotiklər yazmağa məcbur edir ki, bunun da da heç bir mənası yoxdur.
Mütəxəssis izah edir ki, bu cür dərmanların təyin edilməsi yalnız sətəlcəm bakterial infeksiya ilə əlaqəli olduqda əsaslandırıla bilər. Bu, daha tez-tez xəstəxana mərhələsində, reanimasiya şöbələrində, xəstə süni tənəffüs cihazında olduqda baş verir.
“Ancaq “viral pnevmoniya” və ya “pnevmonit” antibiotiklər təyin etmək üçün səbəb deyil”, - deyə o vurğulayıb.
Çulanov onu da izah edib ki, antibiotiklərin həddindən artıq istifadəsi virusun antibiotiklərə davamlı ştammların sayının artmasına səbəb olur. Bu da öz növbəsində xəstəliyin müalicəsini getdikcə çətinləşdirə bilər.
Mənbə: İzvestiya
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı - Tədqiqatda heyrətə salan nəticələr
- Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
- Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"
- Canımızdan çıxmayan xəstəlik: NECƏ SAĞALAQ?
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
Rəylər