Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Latsio" - "Real Sosyedad" görüşü zamanı üç azarkeşin bıçaqlandığı məlum olub
Bu gecə İtaliyada yerli "Latsio" və İspaniyanın "Real Sosyedad" komandaları arasında keçiriləcək matçdan əvvəl azarkeşlər arasında qarşıdurmada üç nəfər xəsarət alıb.
Oxu.Az "Football Espana"ya istinadən xəbər verir ki, həmin fanatların bıçaqlandığı bildirilib. Hər iki klubun tərəfdarları arasında oyundan əvvəl əlbəyaxa dava olub. Meydan sahiblərinin 80-dən çox azarkeşi münaqişədə iştirak edib.
Bıçaqlanan şəxslərdən ikisi ağır yaralanıb. Yerli polis hazırda məsələ ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Real Sosyedad FK" teqi üzrə xəbərlər
- İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb
- UEFA Avropa Liqası ilə vidalaşan ilk komanda bəlli olub
- Bu gün dünya arenalarında keçiriləcək görüşlərin AFİŞASI
- "Arsenal" Martin Zubimendi üçün 50 milyon funt-sterlinq təklif etdi
- "Liverpul" Martin Zubimendi üçün "Real Sosyedad"a təklif göndərib