"Xetafe"nin qapıçısı David Soriya İspaniya La Liqasının 3-cü turunda "Osasuna" ilə matçda (0:1) komandanın start heyətində meydana çıxaraq rekorda imza atıb.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, Soriya üçün "Osasuna" ilə matç La Liqada start heyətində başladığı ardıcıl 193-cü görüş olub.
33 yaşlı qolkiper yarımmüdafiəçi Xuan Antonio Larranyaqanın 33 illik rekordunu yeniləyib. O, ilk dəqiqələrdən ardıcıl 192 matçda meydana çıxmışdı. Larranyaqa karyerası ərzində yalnız bir klubda - "Real Sosyedad"da (1980-1994-cü illər) çıxış edib.
Soriya "Real Madrid"in yetirməsidir. O, "Xetafe"yə 2018-ci ildə keçib. Ümumilikdə bu klubun heyətində 306 matç keçirib, 332 qol buraxıb, 101 oyunda isə qapısını toxunulmaz saxlayıb.
Soriya daha əvvəl "Sevilya"nın şərəfini qoruyub.