Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səhiyyə Nazirliyi adından saxta “WhatsApp” mesajları yayıldı: Qurum hərəkətə keçdi - FOTO
Son günlər Səhiyyə Nazirliyi adından kibercinayətkarlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir. Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin İnsan Resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.
Səhiyyə Nazirliyi adından bildiririk ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Eyni zamanda, bildiririk ki, artıq aidiyyəti qurumlar həmin mesajlarla bağlı məlumatlandırılıb.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər