30 
Noy
2021
16:26
281
56
2536
yuxarı
Baş prokuror DSX-nin helikopterinin qəzaya uğraması məsələsini nəzarətə götürdü - VİDEO
30 Noy, 2021
16:26
2536
281
56
Baş prokuror DSX-nin helikopterinin qəzaya uğraması məsələsini nəzarətə götürdü - VİDEO
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
20 
May
2022
20:00
Müharibə dəhşətini gizli kamera ilə anbaan çəkdi - Xəbərlərin növbəti buraxılışı
9
71
1092
20 
May
2022
19:35
Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEO
13
213
4627