Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məktəb xərcləri üçün pul yığmağı tapşıran direktorla bağlı araşdırma başladı - RƏSMİ + SƏS YAZISI
Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb.
Belə ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:
“Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
İlhamə Əbülfət