Sumqayıt Şəhər İcra Hakimiyyəti 30-cu məhəllə deyilən ərazidə zibilin konteynerdə yandırılması məsələsinə münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, digər ərazilərdə olduğu kimi həmin ərazidən də gündəlik məişət tullantıları vaxtında götürülür:
“Axşam saatlarında belə bir hadisə baş verib və dərhal söndürülüb. Qəsdən yandırılması ilə bağlı iddia əsassızdır”.
11:48
Sumqayıt şəhərində zibil heç bir yerə daşınmadan qalaqlandığı yerdə yandırılır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Sumqayıt şəhərində 30-cu məhəllə adlanan ərazisində ətrafda yaşayış binaları olmasına baxmayaraq, zibil elə konteynerdə yandırılır.
Həmin görüntüləri təqdim edirik: