Sumqayıtda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12