10 
Yan
2022
15:06
37
289
4225
Virtual karabakh

Komitə qayınanası və əri tərəfindən döyülən qadının məsələsini nəzarətə götürdü - YENİLƏNİB + FOTO

10 Yan, 2022
15:06
4225

Komitə qayınanası və əri tərəfindən döyülən qadının məsələsini nəzarətə götürdü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət komitəsi ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalması ilə bağlı sığınacağa yerləşdirilən qadının məsələsi nəzarətə götürülüb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum məsələ ilə bağlı araşdırmalara başlayıb:

“Hadisə ilə bağlı qadın və sığınacaq tərəfindən bizə hansısa müraciət daxil olmayıb. Komitə sığınacaqla əlaqə saxlayıb. Bütün məlumatlar əldə edilib və artıq bu istiqamətdə fəaliyyətə başlanılıb”.

T.Mərdanoğlu deyib ki, qadının yaşadığı rayon icra hakimiyyəti və Daxili İşlər Nazirliyinə komitə tərəfindən rəsmi məktub ünvanlanıb:

“Qadının və iki uşağın təhlükəsizliyini qorumaq məqsədi ilə onların hansı rayonda yaşadıqları haqda məlumat verməyi uyğun bilmirik”, - deyə o sonda qeyd edib.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova həyat yoldaşı və qayınanası tərəfindən dəfələrlə şiddətə məruz qalan qadın və iki uşağı haqqında məlumat paylaşıb.

13:32

Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.

Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, 15 yaşında ərə verilən xanım zorakılığa məruz qalmasına baxmayaraq, susurdu:

“O, iki övlad dünyaya gətirib. Verdiyi məlumata görə, əri oğurluq və s. cinayətlərə görə həbs olunub. 13 il həbs cəzası alıb. Əri həbsdən çıxdıqdan sonra qaynanası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovub. Yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada onu dəfələrlə döyüb.

Sual yaranacaq ki, bəs polisə niyə müraciət edilməyib? Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təzyiq ediblər. Qadın məcbur olub ərizəsini geri götürüb və bundan sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında yeddi tikiş, qolunda, üzündə isə müxtəlif yara izləri var”.

M.Zeynalova onu da əlavə edib ki, bu məsələlər artıq ciddi narahatlıq yaradır:

“Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra məcbur olaraq sığınacaqdan çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, “ər yoldaşını öldürdü” başlıqlı xəbərlərə iki saniyə baxıb keçməklə kifayətlənəcəyik? Biz artıq bu dəqiqədən etibarən “SOS” siqnalı veririk. Ona görə ki, sığınacaqda qalan kifayət qədər qadın var ki, onların həyatı təhlükəsi hələ də davam edir. Xahiş edirik aidiyyəti qurumlar tədbir görsünlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri