Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı metrosunda stansiya yoluna yıxılan qadının vəziyyəti AÇIQLANDI
Ötən gün Bakı metrosunda stansiya yoluna yıxılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, stansiya yoluna düşən şəxs 1988-ci il təvəllüdlü E.M.-dir.
Qeyd edək ki, ötən gün saat 21:54-də metronun “Dərnəgül”–“Həzi Aslanov” marşrut xətti üzrə hərəkət edən qatar “Azadlıq prospekti” stansiyasına daxil olan zaman xanım sərnişin qatar yoluna yıxılıb.
Könül Cəfərli