Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA
Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, skoçlanmış halda idarə olunduğu görünür.
Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.
"Avtobus marşrutu" teqi üzrə xəbərlər
- Bakıda qəzaya düşən avtobusun marşrut xətti müsabiqəyə çıxarılacaq
- Suraxanıda marşrut çatışmazlığı: "Hər gün taksidən istifadə etmək mümkünsüzdür"
- Gəncədən Şuşaya ilk avtobus yola düşüb
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir