14 
Apr
2022
13:02
393
17
9610
Virtual karabakh

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub - VİDEO

14 Apr, 2022
13:02
9610

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri