24 
Okt
2013
16:50
17
13
6466
Virtual karabakh

Rusiyada nə qədər azərbaycanlı yaşayır?

24 Okt, 2013
16:50
6466

Rusiyada nə qədər azərbaycanlı yaşayır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ölkədəki vətəndaşlarımızın əksəriyyəti kişilərdir.

Azərbaycanlılar Rusiya Federasiyasında qeydiyyatdan keçən əcnəbilər arasında 5-ci yerdədir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat açıqlayıb.

Məlumata əsasən Rusiya ərazisində 11 milyon 280 min 975 əcnəbi qeydiyyatdan keçib. Onlardan 629 min 931 nəfəri Azərbaycan vətəndaşlarıdır.

Rusiya ərazisində qeydiyyatdan keçmiş əcnəbilərin sayına görə Özbəkistan vətəndaşları öndədir – 2 milyon 621 min 843 nəfər. Ukraynalıların sayı 1 milyon 605 min 85, Tacikistan vətəndaşlarının sayı 1 milyon 193 min 589, Qırğızıstan vətəndaşlarının sayı 671 min 716, Qazaxıstan vətəndaşlarının sayı 615 min 190, Moldova vətəndaşlarının sayı 561 min 155, Ermənistan vətəndaşlarının sayı 492 min 278, Belarus vətəndaşlarının sayı 377 min 617, Türkmənistan vətəndaşlarını sayı isə 27 min 240 nəfərdir.

Bundan başqa, Federal Miqrasiya Xidmətində 335 min 156 Almaniya vətəndaşı qeydiyyatdan keçib.

Rusiyadakı Azərbaycan vətəndaşlarının əksəriyyəti (68,7%) kişilərdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri