Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə boğdu.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən beş nəfərdən ikisi - 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Əmrah Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Səmayə Talıbovanın Bakıya yola düşərkən paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərini təsirləndirib. Gənc qız son paylaşımına “hazırlaşın, nişanlanırıq” şəklində qeyd əlavə edibmiş.
Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə...
Xatırladaq ki, ötən gün Qobustanda baş verən dəhşətli qəzada dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.
Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.
Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.
Aysel Aslan
Rəylər