Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib - VİDEO
Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.
Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələri üzrə ittiham irəli sürülüb.