29 
Noy
2023
21:32
92
28
1841
Virtual karabakh

Tural Salifov: “Tələbələrimiz təcrübə müddətində Türkiyədə 700, İsraildə 1100 dollar məvacib alırlar” - FOTO

29 Noy, 2023
21:32
1841

Tural Salifov: “Tələbələrimiz təcrübə müddətində Türkiyədə 700, İsraildə 1100 dollar məvacib alırlar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Universitetə daxil olan tələbələr arasında bu peşəni sevib gələnlər də var, sadəcə olaraq diplom xətrinə gələnlər də var. Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan və hotelçilik üzrə təhsilini başa vuran tələbələrin 85 faizi müxtəlif hotellərdə ixtisasları üzrə fəaliyyət göstərirlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Tural Salifov deyib.

O bildirib ki, bir müəllim kimi getdiyi hotellərin böyük bir hissəsində öz tələbələrini görür:

“Tələbələr təhsil aldıqları dövrdə ölkə daxilində fəaliyyət göstərən prestijli hotellərdə praktika keçirlər. Bundan əlavə hotelçilik üzrə təhsil alan tələbələr üçüncü kursda Türkiyəyə, İsrailə təcrübə proqramlarına göndərilirlər. Orada tələbələr bu ixtisası daha dərindən öyrənirlər. Artıq həmin tələbələr ölkəyə qayıtdıqdan sonra onların fikirləri tamamilə dəyişir. Hotel elə bir sistemdir ki, burada çalışan insanın qonaqlara qarşı qonaqpərvərliyi, davranış tərzi, ünsiyyəti hər zaman dəyişir.

Tələbələr səfirliklərin təyin etdiyi saya müvafiq olaraq seçilir, hazırlanır və göndərilir. Məsələn, Türkiyə səfirliyi Azərbaycan Turizm və Menecment Universitetindən bir dəfə 90, bir dəfə isə 45 tələbə istəyib. Təkcə keçən il səhv etmirəmsə 120-yə yaxın tələbəni praktika üçün Türkiyəyə göndərmişik. Tələbələrin çoxu Antalya, Kəmər, Bələk, Alaniya kimi yerlərdə fəaliyyət göstərən tanınmış hotellərdə çalışıb, həm təcrübə keçir, həm də çalışdıqları üçün məvacib alırlar. Belə ki, Türkiyədə çalışan tələbələr 700 dollar, İsraildə çalışanlar isə 1100 dollar məvacib aldıqlarını deyirlər. Bu təcrübə proqramı isə hazırda sadəcə altıaylıq müddətində həyata keçirilir”.

T.Salifov onu da əlavə edib ki, tələblər xarici ölkədən praktikadan qayıtdıqdan sonra sonuncu kursu yerli hotellərdə əyani şəkildə təcrübə edərək öyrənirlər:

“Hotellərin baş menecerləri, menecerləri tələbələrimizə dərs deyirlər. Hazırda da dördüncü kurs tələbəsi olaraq hotellərdə çalışan tələbələrimiz var. Hətta hostes (hotel inzibatçısı, sahibi, idarəçisi - red.) olaraq çalışan tələbələrimiz var. Məvacibləri də fəaliyyətə görə dəyişir. Hazırda bizim universitetdə 18 müəllim universitetdə tədris etməklə yanaşı, paralel olaraq hotel biznesində də çalışır. Düşünürük ki, bu, tələbələrə hotelçilik sahəsində yeniliklərdən xəbərdar olmaları üçün ən önəmli məqamlardan biridir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri