Yan
2024
02:04
53
446
12076
Virtual karabakh

Bakıda evə düşən fişəngin ardından baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

1 Yan, 2024
02:04
12076

Bakıda evə düşən fişəngin ardından baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunublar.

Qeyd edək ki, Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan fişənglərdən biri yaşayış evinə düşüb və daha sonra mənzildə yanğın baş verib.

01:17

Xətai rayonunda baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 1 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub.

Məlumat üzrə aidiyyatı dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb xəsarət alan yoxdur.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

00:51

Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan fişənglərdən biri yaşayış evinə düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai Park Yaşayış Kompleksində baş verib.

Fişəngin evə düşməsinin ardından mənzildə yanğın baş verib.

Hadisə zamanı xəsarət alanlar var.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri