Mar
2024
23:24
13
174
8226
Virtual karabakh

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq - YENİLƏNİB

4 Mar, 2024
23:24
8226

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 millimetrlik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

20:54

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

10:22

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu” ortatəzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri