16 
Apr
2024
23:11
281
15
1779
Virtual karabakh

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

16 Apr, 2024
23:11
1779

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tofiq Amil oğlu Ələsgərovdur.

Həyatının ən qürurlu və sevincli anlarını yaşayan Amil AZƏRTAC-a açıqlamasında İnformatika təhlükəsizliyi ixtisasına yiyələnmək istədiyini və bu məqsədlə təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətində olduğunu bildirib.

“İmtahan nəticələrini səbirsizliklə gözləyirdim. Adımı 39 rekordçu sırasında görəndə çox sevindim. Çəkdiyim əziyyət bəhrəsini verdi. Mənim üçün bu, ilk böyük uğurdur. Bu gözəl nəticənin əldə olunmasında ailəmin, müəllimlərimin danılmaz rolu var”, - deyə Tofiq vurğulayıb.

Xatırladaq ki, martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, onlardan altısı Sumqayıt məzunudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri