Avq
2015
21:30
135
53
16217
Virtual karabakh

Ağalarovların biznesi necə qurulub?

5 Avq, 2015
21:30
16217

Ağalarovların biznesi necə qurulub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağalarovlar ikinci konsert zalı - Vegas City Hall-u tikmək niyyətindədirlər.

Crocus Group-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Tikinti hələlik özünü ödəməyib, amma sahibkar artıq onun genişləndirilməsi barədə düşünür.

Oxu.Az xəbər verir ki, RBK nəşri bu biznesin necə qurulduğunu araşdırıb.

MKAD və Volokolamsk şosselərinin kəsişməsində yerləşən və getmək üçün çətin bir yolu olan dəbdəbəli konsert zalını tikmək nəyə lazımdır? Ümumiyyətlə, Moskvada “Olimpiya”, “Lujniki” və Böyük Kreml sarayı belə nadir hallarda tamamən dolduğu halda yeni bir zal nəyə lazımdır?

“Hər şeyi araşdırdıqda aydın olurdu ki, “Crocus City Hall”u tikmək lazım deyil”, - Crocus Group-un vitse-prezidenti Emin Ağalarov danışır. Amma bir neçə il ərzində yeni zal paytaxtda ən populyar və prestijli zala çevrildi.

Ailə biznesi

NBC kanalının süjetində Emin: “Parties are my job [party-lər mənim işimdir]” demişdi. İndi Emin - Crocus Group-un birinci vitse-prezidentidir, feşn-reteyldən başqa o, Vegas ticarət mərkəzlərini (indi iki TM-i var, üçüncünün açılışı 2017-ci ilə planlaşdırılıb), “Crocus City Mall” kompleksini, Azərbaycanda kurort layihəsini, qrupun restoran və konsert biznesini idarə edir. İdarəsi altında olan layihələri Ağalarov-kiçik illik 300 milyon dollar məbləğində dəyərləndirir. Emin işə qara “Ferrari Berlinetta”da gedir, amma 2001-ci ildə özünün iddiasına görə “Lada semerka”da gedirdi. 

Eminin “Crocus City”dəki qəbul otağında bizi model görünüşlü, mini ətəkli qızlar qarşılayır. Kompleksin ərazisində baş verənlər Eminin iş yerindən solda yerləşən bir neçə monitorda əks olunur. Yanında revolverli kişi şəkli olan panno var. 

Bu gün birinci vitse-prezident “Crocus City Mall”da qapıların demontajını müzakirə edir. Eləcə də gündəmdə damların və ayaqyollarının planlı təmiri, Eminin konsert cədvəli və “Muz-TV”nin pre-party mükafatıdır. Mükafatları bu il Astanada təqdim edirlər, Emin ora axşam yola düşməlidir. Sıx qastrol cədvəlinə görə ofisə həftələrlə gələ bilmir.

“Crocus City Hall”un əməliyyat idarəsi ilə menecer Roman Qraçev məşğul olur. Emin onun işinə kuratorluq edir: “Bütün məsələlərlə maraqlanıram”. Eminin nümayəndəsinin sözlərinə görə, boss dizayn və marketinqə xüsusi diqqətlə yanaşır, eləcə də məsrəflərə nəzarət edir, kontragentlərlə danışıqlarda iştirak edir və zalın konsert üçün hazırlanmasına dair məsləhətlər verir. 

“Musiqi ilə məşğul olmağım mənə müəyyən insayd verir”, - Ağalarov-kiçik qeyd edir. O, artistin konsert zalından nə gözlədiyini bilir. Müsahibədən sonra Emin “Crocus City Hall”a getdi, burada zal işçiləri ilə müzakirələr gedirdi. Arxa yerlər artıq satılır: Emin son üç sıranı altı VİP yerə çevirmək üçün 20-30 milyon rubl xərcləməyi təklif edir. Təmiz marketinq addımıdır: VİP qonaqlara xüsusi xidmət göstərilir, ayrıca bar və özünün istisnalığını hiss etmək.  

Zalın özü də böyük marketinq layihəsidir. Eminin sözlərinə görə, onun əsas təyinatı 2001-ci ildən Krasnoqorsk ərazisində “Tvoy dom” ticarət mərkəzi kimi fəaliyyətə başlayan “Crocus City”nin digər obyektləri üçün alıcı axını yaratmaqdır.

Kazino əvəzinə konsertlər

Konsert zalı əvvəlcə “Crocus City”nin konsepsiyasına daxil idi, Araz Ağalarov danışır: “Las-Veqasda bütün komplekslərin - MGM Grand, Venetian, Caesar Palace - tərkibində konsert zalı var” Veqasda çıxış istənilən müğənni üçün prestij və pul müqaviləsidir”.

Moskvanın şimali-qərbində ticarət-sərgi kompleksinin ərazisində məhz Venetianın analoqu (Venesiyanın bir hissəsini əks etdirir) planlaşdırılırdı. Ağalarovlar layihəni bütün dünyada kazino şəbəkəsinə sahib olan avstraliyalı mediamaqnatlar Kerri və Ceyms Pakerlər ilə realizə etməyi düşünürdülər. Layihənin hazırlanmasına 30 milyon dollar (avstraliyalılar ilə 50:50) vəsait qoyulacaqdı, Emin danışıb: “Hər şey detallı şəkildə işlənilmişdi: interyer, su, qayıqların üzməyi”.

Avstraliyalıların təcrübəsi Rusiyada iri kazinonun inşasında lazım olardı. Amma layihə baş tutmadı: 2006-cı ildə Rusiya ölkə ərazisində oyun biznesini qadağan etdi, bir neçə böyük şəhərlərdən kənarda olan zonalar qaldı, və Pakerlər Moskva Las-Veqasına marağı itirdilər. Konsepsiyanı ani dəyişmək lazım oldu.

Las-Veqasın əsas lövbərlərindən biri, kazinodan başqa sərgi biznesidir, Emin izah edir.

“Crocus City”də öz sərgi mərkəzi hələ 2004-cü ildə peyda olub. Kompleksin ərazisi də ayrıdır, Veqas ilə paralel aparan Ağalarov-kiçik bildirib:

“Bir tərəfdən MKAD, digər tərəfdən isə Moskva çayıdır. Deməli, “Crocus City”yə gələnlər digərlərinə gedə bilərlər. Venetian layihəsi “Veqas-2” ticarət mərkəzində, 2009-cu ildə isə “Crocus Exspo” korpusunun ərazisində “Crocus City Hall” konsert zalı açıldı.

Kremli kənara çəkmək

“O, hamıdan uzaqdadır, məşhur deyil, ora heç kim getməyəcək, orda heç nə baş verməyəcək”, - Emin skeptiklərin sözlərini xatırlayır. Zalı doldurmaq yalnız iki halda mümkün idi: “Ya insanların gəlir əldə etmələrinə görə biznes üçün əlverişli şərait yaratmaq, ya da zalı unikal etmək”. Ya da hər ikisi eyni anda.

“İlk bir il yarım – iki il ərzində onlar çox cəlbedici şərtlər təklif edirdilər”, - T.C.İ. konsert agentliyinin prezidenti Eduard Ratnikov xatırlayır. Yeni zalın icarəsi bir gün üçün 500-600 min rubla başa gəlirdi. İndi o, iki dəfə bahadır – orta hesabla bir gün üçün 1,2 milyon rubl. Bu, “Olimpiya”nı icarəyə götürməkdən ucuzdur, amma Böyük Kreml sarayının icarəsi ilə qarşıqoyula biləcək dərəcədədir. Bununla yanaşı “Crocus City Hall” Moskvada ən böyük konsert zalıdır, SAV Entertainment konsert agentliyinin prezidenti Vladimir Zubitski deyir. Zal-transformer 7,2 min tamaşaçını, Kreml sarayı isə 5,5 min tamaşaçını yerləşdirə bilir, o qeyd edir ki, min beş yüz bilet fərqi, bizim biznes üçün çox böyük göstəricidir.

Metro ayrı əhvalatdır. 2009-cu ildə “Crocus City” ərazisində açılan “Myakinino” stansiyası başqa yerdə olmalı idi, amma Ağalarov inşaat işinin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirdi və stansiyanın yerini dəyişdilər. Bu iş Crocus Group-a 30 milyon dollara, “Crocus City Hall”ın inşası 70 milyon dollara başa gəldi. Buradan 35% kreditlrəin payına, qalanı isə qrupun öz vəsaitinin hesabına oldu. Araz Ağalarov iddia edir ki, əgər bu ayrı bir bina olsaydı, o iki-üç dəfə baha başa gələrdi.

Zalın tikintisinə çəkilən xərclər özünü ödədimi? Əgər ayrı hesablansa yox: Eminin sözlərinə görə “Crocus City Hall”ın illik gəliri ona yatırılan sərmayənin 10 faizindən, yəni 7 milyon dollardan artıq olmur. Konsert zalının gəliri, Ağalarov-kiçiyin sözlərinə görə, 35 milyon dollara bərabərdir, bu isə aparıcı zalların gəliri ilə müqayisə edilə bilər. Konsert zalı özü-özlüyündə məsrəflidir, Araz Ağalarov etiraf edir: “Onun maksimum edə biləcəyi öz istismar xərclərini ödəməkdir”. Amma onun sözlərinə görə, bu, ümumi xəzinəyə əla əlavədir və zalda ölkədə ən əlamətdar tədbirlər keçirilir.  

Gətirməyə qənaət 

“Crocus City Hall”da ilk tədbir Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş gecə oldu: Araz Ağalarov onun yaxın dostu olub və zalı onun şərəfinə açıb. O vaxtdan bəri “Crocus City Hall”da Elton Con, Cenifer Lopes, Sing, Şade, Jamiroquai, Lana Del Rey və hətta Cirque du Soleil çıxış ediblər.

Ağalarovlar artislərin gətirilməsi ilə məşğul olmamağa üstünlük verirlər – ildə keçirilən 275 tədbirdən yalnız 20-ni müstəqil hazırlayırlar. Keçən il Eminin iki solo konsertindən başqa, Vanessa mey, “Bi-2”, Pelageya və Leonid Aqutinin konsertləri olub. “Yalnız heç kimin gətirmək istəmədiyi və ya “Bi-2” kimi əvvəldən münasibət qurulan artistləri seçirik”, - Emin izah edib.

“Zalı icarəyə verərək biz ildə 75% yüklənmə ilə 6 milyon yığa bilirik”, - o deyib. Zalın icarəsi 1,2 milyondur, amma eyni məbləği qazanmaq üçün 300 bileti orta qiymətlə 4 min rubla satmaq lazımdır. “Tam sold-autda orta hesabla 25 milyon rubl qazanmaq olar”,  - kalkulyatorun düymələrini basaraq hesablayan Emin söyləyir.

Bu pulların hamısı Crocus Group-dan yan keçmir, icarəçi “Crocus City Hall”-ın kassa və saytı ilə aparılan bilet satışından 10% Ağalarovlara verməlidir. Əgər ilkin mərhələdə bu yol ilə 20% bilet satılırdısa, indi şirkət öz konsert zalında bütün tədbirlərinin biletlərinin 60%-ni satır.

Böhran zamanı konsert bazarı iştirakçıları iki od arasında qaldılar: bir tərəfdən daha az bilet alınır, digər tərəfdən isə valyuta kursunun artması ucbatından xarici artistlər baha başa gəlirdi, bu barədə InterMedia agentliyinin baş direktoru Yevgeni Safronov bildirib. Böhrana görə, Crocus Group ümumilikdə 20-25% gəlir itirdi, Emin Ağalarov etiraf edib. Konsert biznesi istisna deyil.

“Əgər bizdə əvvəllər anşlaq olurdusa, indi zal orta hesabla 80% dolur”, - o, deyib.

Amma Lady Gaga, Toni Bennet və Maykl Buble ilə danışıqlar aparılır. Emin hesab edir ki, “Crocus City Hall” onların dünya turnelərində məntəqə olacaq, bu isə artistlərin gətirilməsini iki dəfə ucuzlaşdıracaq. Valyuta riskləri də meydana gələcək, amma Ağalarovlar buna icazə verə bilərlər, Safronov hesab edir ki, onları zalın icarəsindən əldə edilən gəlir sığortalayır.   

Bundan əlavə, Ağalarovlar ikinci konsert zalı – “Vegas-2” Ticarət Mərkəzində (Crocus City-də yerləşən) 1,5 min tamaşaçı tutumu olan Vegas City Hall-u tikmək niyyətindədirlər. Layihəyə 35 milyon dollar xərclənəcək.

“İnşaatı “Vegas-2” maliyyələşdirir, amma baş şirkət lazım olarsa sığortalayacaq”, Ağalarov-kiçik elə də narahat deyil. Açılış 2016-cı ilin əvvəlinə planlaşdırılıb. Tikinti artıq gedir.

Eminin fikrincə, bu, həm konsert meydanı, həm də sirk arenası olacaq. Uşaq sirk şouları iki saat müddətində gündə üç dəfə fasilələrlə gedə bilər, o izah edir:

“Yəni, gündə 4 min bilet satıla bilər, bu isə “Crocus City Hall” ilə müqayisə edilə bilər”.

Moskvada Petrovsk parkında 15 min nəfərlik “VTB-Arena”nın tikintisi gedir, “Otkrıtaya Arena” meydançasında 12 min nəfərlik yeri olan konsert zalı hazırlanır, Avtozavodskda 15 min nəfərlik “Vse zvezdı”nın açıldığını sadalayan Ratnikov hesab edir ki, “Crocus” sıxışdırılacaq”.

“Baxarıq, baxarıq. Biz bazarda baş verənlərdən asılı olmayaraq meydanı doldurmaq üçün nə isə düşünüb tapacağıq” - Emin bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri