20 
İyl
2017
11:31
37
16
4847
Virtual karabakh

Dünyanın ən bahalı gənc futbolçusunun adı açıqlandı

20 İyl, 2017
11:31
4847

Dünyanın ən bahalı gənc futbolçusunun adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

London “Tottenhem”inin və İngiltərə yığmasının yarımmüdafiəçisi Dele Alli Soccerexin versiyasına görə 21 yaşa qədər futbolçular arasında dünyanın ən bahalı idmançısı seçilib. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə şirkətin saytında məlumat verilib.

21 yaşlı idmançının qiyməti  82,6 milyon avrodur. Reytinqdə ikinci yeri Fransa yığmasının və “Monako”nun 18 yaşlı hücumçusu Kilian Mbappe tutur, onun qiyməti 61,7 miyon avrodur.

Dünyanın ən bahalı gənc futbolçuları reytinqində üçlüyü daha bir fransız – Dortmund “Borussiya”sının 20 yaşlı forvardı Usman Dembele (60,9 milyon avro)  tamamlayır.

Şirkət oyunçuların qiymətini hesablayarkən, yaş, sahədəki mövqe, klubla müqaviləsinin müddəti, beynəlxalq səviyyədə qol və matçların sayı kimi göstəriciləri analiz edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri