Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransa məhkəməsi kanak bayrağının istifadəsini məhdudlaşdırıb
Son iki ildə Yeni kaledoniyalıların sürücülük vəsiqələrində Fransa bayrağı ilə yanaşı kanak bayrağı da əks olunub.
Oxu.Az "Fransinfo" saytına istinadla xəbər verir ki, Numea İnzibati Məhkəməsi sürücülük vəsiqələrində yalnız Fransa bayrağının təsvirinin saxlanılması barədə qərar qəbul edib.
Məhkəmə qərarında bildirilir ki, kanak bayrağı rəsmi rəmz olmadığı üçün rəsmi sənədlərdə Fransa bayrağı ilə yanaşı istifadə edilə bilməz. Bu, dövlət binalarına da aiddir.
Kanak bayrağı ilə sürücülük vəsiqələrinin verilməsi dayandırılıb. Sürücülərə əvvəllər verilmiş vəsiqələri dəyişdirmək üçün 6 ay müddət verilib. Bu müddət ərzində sənədlərini yeniləməyən şəxslər cərimələnəcəklər.
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Yeni Kaledoniya lideri azadlığa çıxdı
- Fransanın kanaklara qarşı zorakılığı: Məhbuslar zorla deportasiya olunurlar
- BTQ və "Nazione" təşkilatı Əməkdaşlıq Memorandumu imzalayıblar
- Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir
- Yeni Kaledoniya müstəqillik referendumuna hazırlaşır - Fransanın təzyiqləri artacaq