Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən klubun illik büdcəsi iki milyon manat olmalıdır.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.
Bu rəqəmin araşdırma nəticəsində ortaya çıxdığını bildirən E.Məmmədov məbləğin mütləq deyil, arzuolunan göstərici kimi çıxış etdiyini də vurğulayıb. O bildirib ki, bu puldan 25 faizi (500 min manat) bank zəmanəti kimi AFFA-ya təqdim olunmalıdır. Bu bank zəmanəti olmayan klub Premyer Liqada iştirak edə bilməz.
Səbuhi MUSAYEV