Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırıldı
Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb.
Oxu.Az verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb.
“Kəpəz” - “Neftçi” qarşılaşmasında birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi
- "Şamaxı" bir neçə azyaşlı futbolçunu vuran məşqçi ilə bağlı araşdırmalara başlayıb
- Azərbaycanla Macarıstan arasında keçiriləcək oyunun saatı açıqlandı
- "Turan Tovuz"un baş məşqçisinə AĞIR CƏZA
- AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırdı