20 
Yan
2020
14:28
355
15
5243
Virtual karabakh

Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən qovuldu

20 Yan, 2020
14:28
5243

Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) iki futbolçusu yığmadan qovulub.

Oxu.Az xəbər verir ki, Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə komandanın heyətindən kənarlaşdırılıb.

Onların siqaret çəkdikləri aşkarlanıb.

Qeyd edək ki, AFFA hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara məlumat göndərib.

Xatırladaq ki, ötən il U-19 millimizin bir neçə futbolçusu Çexiyada hoteldə siqaret çəkmiş və bununla bağlı həmin oyunçular oktyabrda cərimələnmişdilər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri