İtaliyanın paytaxtı Romada 10-16 fevral tarixlərində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın sərbəst və yunan-Roma güləşçilərinin adları açıqlanıb.
Oxu.Az heyəti təqdim edir:
Sərbəst güləş: Əfqan Xalaşov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Əbubəkr Abakarov (86 kq), Aslanbəy Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Camaləddin Məhəmmədov (125 kq) döşək üzərinə çıxacaq.
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambəy Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) qatılacaq.
Qeyd edək ki, Avropa çempionatına gedəcək qadın güləşçilərimizin adları isə daha sonra açıqlanacaq. Yarışın proqramına gəlincə, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ayın 12-14-ü aralığında qadınlar xalça üzərinə çıxacaq. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər çıxış edəcək.
Səbuhi Musayev