22 
Sen
2021
13:20
32
375
6379
Virtual karabakh

Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTO

22 Sen, 2021
13:20
6379

Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın taekvondo ictimaiyyətinə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş S.Məmmədli 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Məmmədli 2002-ci ilədək Taekvondo Federasiyasının prezidenti olub. Ondan sonra bu vəzifəyə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov seçilib.

O, son günlərədək Azərbaycan Hapkido Federasiyasının prezidenti idi. Həmçinin 1948-ci ildə Tovuzda anadan olmuş Süleyman Məmmədli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri