Misli Premyer Liqasında XXIX tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış matçında çempionatın autsayderi "Səbail" öz meydanında avrokuboklar uğrunda mübarizə aparan "Turan Tovuz"u qəbul edib. "ASCO Arena"dakı görüşdə hesab açılmayıb.
Hazırda Tovuz təmsilçisi 44 xalla 4-cü, Bakı klubu isə 20 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də təşkil olunacaq.
Bu gün Misli Premyer Liqasında XXIX tura bir oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Səbail" - "Turan Tovuz"u qəbul edəcək.
Görüşün start fiti saat 17:00-da səsələndiriləcək.
Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Kəpəz"i, "Qarabağ" "Zirə"ni aprelin 6-da, "Şamaxı" "Neftçi"ni, "Araz-Naxçıvan" isə "Sumqayıt"ı aprelin 7-də qəbul edəcək.
5 aprel
Misli Premyer Liqasında
XXIX tur
Saat 17:00, "Səbail" - "Turan Tovuz".