Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Estoniya Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum olunmasını istəyir
"Avropanın təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmalıdır".
Oxu.Az xəbər verir ki, bu barədə "Rheinische Post" nəşrinə müsahibəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
O, fikrinin davamında vurğulayıb ki, Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına mane olur. Ona görə də Aİ-də parçalanmanın qarşısını almaq üçün Macarıstan ittifaqda səsvermə hüququndan məhrum edilməlidir:
"Avropa İttifaqı haqqında Sazişin 7-ci bəndində göstərilir ki, quruma üzv olduğu halda Aİ-nin təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə yol verən ölkənin səsvermə hüququ geri alınmalıdır. Rəsmi Budapeşt hazırda məhz bununla məşğuldur. Mənim fikrimcə, bu qərarın verilməsinin vaxtı yaxınlaşmaqdadır", - deyə Estoniyanın XİN rəhbəri vurğulayıb.
"Macarıstan" teqi üzrə xəbərlər
- Macarıstan Ukraynaya məxsus PUA-nı vurub
- Orbandan Ukraynaya ağır ittiham: "Macarıstana qarşı əməliyyata başlayıblar"
- Ukraynadan Macarıstana CAVAB: iki diplomat ölkədən QOVULUR
- Kallas Ukraynanın üzvlüyünə veto qoyulması barədə: "Avropa İttifaqının B və C planları var"
- Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib