Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pişiyinə işgəncə verən futbolçu həbs oluna bilər
“Çelsi”nin sabiq futbolçusu, “Vest Hem”in mərkəz müdafiəçisi Kurt Zuma həbs oluna bilər.
Oxu.Az xəbər verir ki, buna səbəb fransalı futbolçunun öz pişiyinə işgəncə verməsidir.
O, pişiyini təpikləyib, onun üzərinə ayaqqabı tullayıb. Həmin anların videosunu oyunçunun qardaşı çəkib. Sözügedən video sosial şəbəkədə narazılıqla qarşılanıb.
Zuma daha sonra etdiyi hərəkətə görə üzr istəyib. Lakin müdafiəçinin həbs olunma ehtimalı qalır.
Valideynləri Mərkəzi Afrika Respublikasından olan 27 yaşlı fransalı futbolçu pişiyinə evdə qarışıqlığa səbəb olduğu üçün qəzəbləndiyini söyləyib:
“Davranışıma görə çox üzr istəyirəm. Hərəkətlərim üçün heç bir bəhanə yoxdur. Videonu izləyərkən məyus olanlardan da üzr istəyirəm. Hər kəsi əmin edə bilərəm ki, evimizdəki hər iki pişik sağlamdır”.
Qeyd edək ki, ötən ilin yayında Böyük Britaniya parlamentində qəbul edilən qanuna əsasən, heyvanlara işgəncə verənlərə tətbiq olunan cəza 5 ilə qədər artırılıb. Əvvəllər heyvanlara əziyyət verənlərə 6 ay cəza verilirdi.
"Çelsi" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb
- London derbisində "Çelsi" və "Arsenal" sülh imzaladılar
- Konfrans Liqası tarixində ən böyükhesablı qələbə: "Çelsi" Emənistanın "Noa" komandasına 8 qol vurdu
- Frenk Lempard "Roma"nı çalışdıra bilər
Rəylər