Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna keçidi rəsmiləşib.
Oxu.Az xəbər verir ki, Türkistan şəhərinin təmsilçisi “Qarabağ”dan yenicə ayrılan 27 yaşlı qolkiperlə müqavilə imzalandığını açıqlayıb. Klubun paylaşımında azərbaycanca “Xoş gəldiniz, Emil Balayev” yazılıb.
“Hekayə” bölməsində isə futbolçumuzun ilk məşqə çıxdığını əks etdirən video yerləşdirilib. Emil Balayev yeni komandasında 22 nömrəli formanı geyinəcək.
View this post on InstagramKlub futbolçumuzun həm millidə, həm də Qazaxıstanın “Tobol” klubunda çıxış etdiyi vaxt etdiyi “seyv”lərdən ibarət videotəqdimat edib.
View this post on InstagramQeyd edək ki, 2002-ci ildə yaradılmış bu komandada məşqçilərdən biri millimizin sabiq futbolçusu Vaqif Cavadovdur.
Səbuhi Musa
Xəbər lenti"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağ Universitetinin bukleti hazırlanıb
- Professor Fərrux Rüstəmov: “Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir” - FOTO
- “Zirə” və “Araz-Naxçıvan” meydandan sülhlə ayrıldılar
- Milli Məclisin deputatı: “İlham Əliyev keçdiyimiz keşməkeşli yolda müstəqilliyimizin simvoluna çevrildi”
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib - VİDEO
Digər xəbərlər